player cover

Sevirsen – Babek Efendi


Babek Efendi

Babek Efendi

0 Follower

Babək Əfəndi 2002-ci ildə Rusiyanın Biysk şəhərində anadan olub. Atasını itirdikdən sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb və uşaqlığını anası, nənəsi və dayısı ilə birlikdə orada keçirib. Babək tək övladdır.

O, musiqi yoluna 2009-cu ildə muğam ifası ilə başlayıb. 2020-ci ildə estrada janrında karyerasını davam etdirməyə qərar verib və Azərbaycan Milli Konservatoriyasına qəbul olunub. Konservatoriyada hazırlıq dövründə onun vokal müəllimi Lalə Əliyeva olub və ona səsini düzgün idarə etməyi öyrədib. Daha sonra estrada üzrə Siyavuş Kərimovdan dərs alıb və hazırda İlqar Muradovun sinfində magistr təhsili alır.

Babək Əfəndi “Səs Azərbaycan 2025” müsabiqəsinin yarımfinalına yüksəlib və musiqi sahəsində güclü mövqe qazanıb. Hazırda yeni musiqi parçaları üzərində çalışır və yaxın zamanda dinləyicilərini yeni bir mahnı ilə sevindirməyə hazırlaşır. Onun ən böyük həvəsi və sevinci səhnədə keçirdiyi hər anla bağlıdır.

Musiqi:                      Ali Faiq Mirzə

Söz:                           Furqani 

Aranjiman:               Arzu Abbasova

Miks və masterinq: Zoydi Label

Montaj:                     Faiq Fətullayev

İdeya:                        Ali Faiq Mirzə

YouTube dan baxin


Other Videos