Babek Efendi
0 FollowerBabək Əfəndi 2002-ci ildə Rusiyanın Biysk şəhərində anadan olub. Atasını itirdikdən sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb və uşaqlığını anası, nənəsi və dayısı ilə birlikdə orada keçirib. Babək tək övladdır.
O, musiqi yoluna 2009-cu ildə muğam ifası ilə başlayıb. 2020-ci ildə estrada janrında karyerasını davam etdirməyə qərar verib və Azərbaycan Milli Konservatoriyasına qəbul olunub. Konservatoriyada hazırlıq dövründə onun vokal müəllimi Lalə Əliyeva olub və ona səsini düzgün idarə etməyi öyrədib. Daha sonra estrada üzrə Siyavuş Kərimovdan dərs alıb və hazırda İlqar Muradovun sinfində magistr təhsili alır.
Babək Əfəndi “Səs Azərbaycan 2025” müsabiqəsinin yarımfinalına yüksəlib və musiqi sahəsində güclü mövqe qazanıb. Hazırda yeni musiqi parçaları üzərində çalışır və yaxın zamanda dinləyicilərini yeni bir mahnı ilə sevindirməyə hazırlaşır. Onun ən böyük həvəsi və sevinci səhnədə keçirdiyi hər anla bağlıdır.
Musiqi: Muxtar Abseynov
Söz: Cəlal Qurbanov
İlk ifaçı: Sevda Ələkbərzadə
Aranjiman: Elvin İmanov
Rejissor: Orxan Qurbanov
Rejissor asist: Cavid Yaqubov
Operator: Orxan Qurbanov
Montaj, rəng: Cavid Suleyman
İşıqçı: Ənvər Cəfərov
Texnik: Murad Gurbanov
İcraçı prodüser: Emil Mirzəliyev
Makiyaj: Hüseyn İrzayev