lyric Gelmedin
Yollarında bitib, qaldım,
Döngəsində itib, qaldım,
Tənha qaldım, yetim qaldım
Mən gözlədim sən gəlmədin.
Gecə küsdü, ay da batdı,
Yuxusuna haram qatdı,
Ürəyimi dərd oyatdı,
Mən gözlədim, sən gəlmədin.
Elə bildim, yoxmuşam mən,
Ulduz olub, axmışam mən,
Bu yollara yağmışam mən.
Gözyaşlarım döndü selə
Ürəyimə yağdı elə
Görən oldu niyə belə
Gəlmədin?
Ümüdlərim mənim oldu
Sevgin mənə qənim oldu
Mənə qalan qəmim oldu
Gəlmədin...
Gecə küsdü ay da batdı
Yuxusuna haram qatdı
Ürəyimi dərd oyatdı
Mən gözlədim sən gəlmədin