lyric Hekimler
Hekimler
Mən səhraya düşəndə məcnun sevməyi öyrənməmişdi,
Mən səndən ayrılım deyə heç kim sevib evlənməmişdi..
Mən dünyanı gözlətmişəm, sən də məni gözlətmisən yar..
Mənə danışmağı anam, susmağı sən öyrətmisən yar..
Nəqarət
Dəli olub həkimlər
Onu unut deyirlər
Ya dərman at ya dərdi at deyirlər..
Sən olmayan yerə həyat deyirlər,
Məni niyə sağaltmaq istəyirlər?..
Uzandı ayrılıq mənim ümidlərim qala bilmədi,
Sənin daş ürəyin mənim sevgimə ev ola bilmədi..
Nəqarət
Dəli olub həkimlər
Onu unut deyirlər
Ya dərman at ya dərdi at deyirlər
Sən olmayan yerə həyat deyirlər
Məni niyə sağaltmaq istəyirlər?...