player cover

Narin – Ahmed Mustafayev

Narin  cover

lyric Narin

[Bənd 1]
Yanağı bal qızım, verir sual qızım
Ata, mənim kimi gözəl varmı?
Saçına gül düzüm, gecəm-gündüzüm
Mənim mələk qızım, balaca quzum

[Keçid]
O qara gözünə, sənin hər sözünə
Quzu kəsim, qızım mənim - Narinim
Şirin-şəkər nazım mənim - Narinim

[Nəqərat]
Narin, Narin, Narin
Gözəl qızım - Narin
Rəbbim versin hər istəyini
Amin, amin, amin!

Narin, Narin, Narin
Gözəl qızım - Narin
Rəbbim versin hər istəyini
Amin, amin, amin!

[Bənd 2]
Saçı suray qızım, donu daray qızım
Sənin sevgin edər qışım yay, qızım
Sənə çələng düzüm, gecəm-gündüzüm
Mənim mələk qızım, balaca quzum

[Keçid]
O qara gözünə, sənin hər sözünə
Quzu kəsim, qızım mənim - Narinim
Şirin-şəkər nazım mənim - Narinim

[Nəqərat]
Narin, Narin, Narin
Gözəl qızım - Narin
Rəbbim versin hər istəyini
Amin, amin, amin!

Narin, Narin, Narin
Gözəl qızım - Narin
Rəbbim versin hər istəyini
Amin, amin, amin!


About Narin

Söz: Çingiz Əliyev

Musiqi: Əhməd Mustafayev

Aranjiman: Əhməd Mustafayev

Masterinq: Fəridağa

 

Other Songs