lyric Qara Qivrim Sachli Qeshey Qiz
Rəssam ay çəkmək istəmişdi
Gözəl təsadüflə sən olmuşdun
Müjdəni mələklərə vermişdi
Sən orda səmada doğulmuşdun
Sonra rəssam yenə ay çəkdi
Sən o rəsimdəndə gözəl təsvir
Hüsnünə sözlər elə acizdi
Axı səni necə vəsf eləsin şair
Qara qıvrım saçlı qəşəy qız
Səni görmək üçün ayı seyr edirəm
Necə bu səmanın sonu yox sonsuz
Məndə səni səma qədər çox sevirəm (x2)
Sən günəşin nurunu alan aysan
Sənə ay nurunu verib ulduzlar
İnan paxıllığını çəkir indi
Məncə bu dunyada gözəl qızlar
Mən sənin eşqinlə elə yandım
Ahımı göylər çəkə bilməzdi
Sən allahın şah əsəri oldun
Rəsmini rəssam çəkə bilməzdi
Qara qıvrım saçlı qəşəy qız
Səni görmək üçün ayı seyr edirəm
Necə bu səmanın sonu yox sonsuz
Məndə səni səma qədər çox sevirəm (x2)