lyric Qonshu Qiz
Qonshu Qiz
[Bənd 1]
Uşaq ikən oynardıq biz bir bağçada
Əsla yorğunluğu salmazdıq yada
Dolaşıb yanaşı çəmənlikləri
Həvəslə toplardıq tər çiçəkləri
Doğanda səhər çıxardıq evdən
Həm sən, həm də mən, qonşu qız
Açanda güllər qaçardıq çölə
Verib əl-ələ, qonşu qız
[Keçid]
Qəlbimin həmdəmi sən idin
Niyə məndən küsüb incidin?
[Nəqərat]
Yanıma gələrdin hər məni görəndə
Əlvan çiçəklərdən dəstələr hörəndə
Onu əlimdən alıb qaçardın
Quştək uçardın, qonşu qız
Bu əhvalatlar, soruşma, nədir?
Xoş xatirədir, qonşu qız
[Bənd 2]
Biz də yaşa dolduq keçdikcə illər
Nə tez varaqlanıb ötdü fəsillər
Uşaqlıq anları qaldı arxada
Arabir düşünüb salıram yada
Gəl əvvəlkitək biz gülə-gülə
Verək əl-ələ, qonşu qız
Açmaq istərəm bu gün qəlbimdən
Keçən sözü mən, qonşu qız
[Keçid]
Qəlbimin həmdəmi sən idin
Niyə məndən küsüb incidin?
[Nəqərat]
Yanıma gələrdin hər məni görəndə
Əlvan çiçəklərdən dəstələr hörəndə
Onu əlimdən alıb qaçardın
Quştək uçardın, qonşu qız
Bu əhvalatlar, soruşma, nədir?
Xoş xatirədir, qonşu qız