lyric Vetenim
[Bənd 1]
Dağların başından duman çəkilsə
Aydınlıq bürüyər ana vətəni
Buludlar gözünün yaşını silsə
Gül-çiçək bəzəyər çölü-çəməni
[Nəqərat]
Sən aydın səhərim
Sən qəmim, kədərim
Ey ana vətənim
Sən istəyim, arzum
Sən tale ulduzum
Ey ana vətənim
[Bənd 2]
Sənin göylərindən sönsə bu Günəş
İnan, zülmət olar bütün yer üzü
Hamının qəlbində müqəddəs atəş
Zaman gətirəcək nurlu gündüzü
[Nəqərat]
Sən aydın səhərim
Sən qəmim, kədərim
Ey ana vətənim
Sən istəyim, arzum
Sən tale ulduzum
Ey ana vətənim
Sən aydın səhərim
Sən qəmim, kədərim
Ey ana vətənim
Sən istəyim, arzum
Sən tale ulduzum
Ey ana vətənim