lyric Yalan Dunya
Yalan Dunya
Sənin bəhrən yeyən kimdir?
Kiminkisən, yiyən kimdir?
Sənə doğru deyən kimdir?
Yalan dünya, yalan dünya!
Səni fərzanələr atdı
Qapıb divanələr tutdu
Kimi aldı, kimi satdı
Satan dünya, alan dünya
Yalan, yalan, yalan dünya
Bizi dərdə salan dünya
Yalan, yalan, yalan dünya
Yalan, yalan, yalan dünya
Atı əzəl dağa saldıq
Yorulduqca dala qaldıq
Atı satdıq, ulaq aldıq
Yəhər oldu palan, dünya
Çatıb səndən keçən keçdi
Əcəl canın içən keçdi
Olan oldu, keçən keçdi
Nə istərdin olan dünya
Yalan, yalan, yalan dünya
Bizi dərdə salan dünya
Yalan, yalan, yalan dünya
Yalan, yalan, yalan dünya
Biri ayna, biri pasdır
Biri aydın, biri kasdır
Gecə toydur, səhər yasdır
Gül açdıqca solan dünya
Yaman qurğu, yığılaydın!
Tufanlarda boğulaydın!
Nolaydı bir dağılaydın
Bizi dərdə salan dünya
Yalan dünya, yalan dünya
Bizi dərdə salan dünya
Yalan, yalan, yalan dünya
Yalan, yalan, yalan dünya