player cover
Shahriyar Musayev

Shahriyar Musayev

0 Follower

Musayev Şəhriyar Vahid oğlu 1988-ci il noyabrın 2-də Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Sumqayıt Musiqi Texnikumunun Xalq Çalğı Alətləri şöbəsinin kamança sinifinə, 2010-cu ildə Azərbaycan Milli Konservatoriyası Xalq Çalğı Alətləri İfaçılığı fakültəsinin kamança ixtisasına qəbul olmuşdur. 2013-cü ildə keçirilən III Respublika və Beynəlxalq Muğam Müsabiqəsinin laureatı olmuşdur. 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasını bitirmiş həmin ildə dövlət hesabına müsabiqədənkənar magistr təhsil pilləsinə qəbul olmuşdur.
Youtube kanalı üzərindən yayımlanan "KamanTV" adlı layihənin müəllifidir.
2020 ci il avgust ayında pandemiya ilə əlaqədar olaraq Turkiyədə Aler Kamança şirkətinin keçirtdiyi "Online Kamancheh" festivalına qatılmış və həmin festivalın qalibi olaraq 4500 amerika dolları dəyərində AlerKamanchah şirkətinin təsis etdiyi Kamança alətini qazanmışdır.

Music videos

See all

Songs

See all