player cover

Agla – Xanim Ismayilqizi , Ilkin Dovletov , Leyla Rehimova

Agla cover

lyric Agla

[Bənd 1]
Mən səni gec tapdım, tez də itirdim
Kaş ki biz səninlə heç görüşməzdik
Ömrümə bir sevgi payı gətirdin
Sevmək əzab imiş, bunu bilməzdik
Ömrümə bir sevgi payı gətirdin
Sevmək əzab imiş, bunu bilməzdik

Hər günün qaranlıq gecəsi də var
Ömür dediyimiz bu imiş, demə
Bir gün görüşənlər bir gün ayrılar
Ay ürək, sən də döz mənim dərdimə
Bir gün görüşənlər bir gün ayrılar
Ay ürək, sən də döz mənim dərdimə

[Nəqərat]
Ağla, ayrılığın gözünə ağla
Ağla, məhəbbətin üzünə ağla
Ağla, qəlbimdəki dözümə ağla
"Mən səni sevirəm", "Mən səni sevirəm"
"Mən səni sevirəm" sözünə ağla
"Mən səni sevirəm", "Mən səni sevirəm"
"Mən səni sevirəm" sözünə ağla

[Bənd 2]
Gecə Günəş doğmaz göyün üzünə
Sevinc gələ bilməz kədər gözünə
Hərdən ağlayıram özüm-özümə
Ürək üz çevirib baxmır sözümə
Hərdən ağlayıram özüm-özümə
Ürək üz çevirib baxmır sözümə

Hər günün qaranlıq gecəsi də var
Ömür dediyimiz bu imiş, demə
Bir gün görüşənlər bir gün ayrılar
Ay ürək, sən də döz mənim dərdimə
Bir gün görüşənlər bir gün ayrılar
Ay ürək, sən də döz mənim dərdimə

[Nəqərat]
Ağla, ayrılığın gözünə ağla
Ağla, məhəbbətin üzünə ağla
Ağla, qəlbimdəki dözümə ağla
"Mən səni sevirəm", "Mən səni sevirəm"
"Mən səni sevirəm" sözünə ağla
"Mən səni sevirəm", "Mən səni sevirəm"
"Mən səni sevirəm" sözünə ağla

[Çıxış]
Ağla, "Mən səni sevirəm" sözünə ağla
Yar... Yar, aman...
"Mən səni sevirəm" sözünə ağla
Yar...

About Agla

Söz və musiqi: Xanım İsmayılqızı

Aranjiman:        Edgar Ravin

                           Katya Yonder

Orkestr:             Nərgiz Əliyeva

Kamança:         Elvin Novruzov

Ritm:                  Eyvaz Həşimov

İdeya:                 Nail Naiboğlu

Other Songs