player cover

Axtarirdim – SAYBU , Cesur Nematov , Orxan Zeynalli

Axtarirdim cover

lyric Axtarirdim

Eşq nə gözəl, eşq nə gözəl
Səni tapmaq üçün hər gecə-gündüz etdim dua
Çeşmə gözə, çeşmə gözə 
Baxa-baxa qalıb olub uzaq, döndüm buza

Hər anın var demək hökmü 
Bəlkə də sənə görə bu dünya çökmür
Xətrinə dəydim, qırdımsa könlü
Görə-görə yandım, gördüm külə döndüm

Ömrüm eşq deyib uğrunda öldüm
Ömrüm deyə-deyə dərvişə döndüm
Pis-yaxşı yaşadım, sürdüm bu ömrü
Səndən sonraydı, hər kəsi gömdüm

Geri baxmadan
Keçdim xeyli yollardan
Sevgi olmadan
De neyləyər insan

Səni axtarırdım göydə
Səni axtarırdım yerdə
Səni axtarırdım amma 
Yanımda idin (Yanımda idin)

10 min kilometr uzaq
Buludların içi
Qədəhimə doldurub unutmağı içim
Gözləmə axtarım
Sevgi vaxt alır
Qar dolub ürəyimin 
Əyilib budaqları
Mənə gəldiyin nömrəyə
Yığdım zəng çatmır
Bu sevgi sığmadı
Bir SMS-ə
Kapillyarlarım qara palitrama rəng qatmır
Hər qadına görə çətin
Bu qədər nəfəsim əsər
Bir adamı düşün olur Leyli
Uzaqdadır xeyli
Uzaq onun eybi
Saymaqla olmur boğazımdan keçmir
Çox üzdüm, ayrılma
Bütün adaları ayıran boğazları keçdim
Tapdım səfasan
Nə olsun cəfasan
Dözərəm sən əsla
Üzülmə Həvvasan 
Sonuncu ifasan
Mən olmasam davam edir şou
Filmin sonunda sən varsan

Səni axtarırdım, göydə
Səni axtarırdım, yerdə
Səni axtarırdım amma 
Yanımda idin (Yanımda idin)

About Axtarirdim

Musiqi/Sözlər: SAYBU, Cəsur Neymətov, Orxan Zeynallı

Səs uzlaşması: Adil Nəcəfov

Artwork: ‪ELSZAD‬ 

Leybl menecer: Amal Əlili

Musiqi leyblı: BEAT Music

Rejissor: Fuad İsmayılov

Rejissor Asistenti: Pərviz Qaybalıyev

Montaj: Şamil Şakiroğlu

İşıqçı: Rauf Cavadov

Səs Rejissoru: Adil Nəcəfov

Məkan: “Best Place”

 

Other Songs