player cover

Bashqa Adamlar – Hiss

Bashqa Adamlar cover

lyric Bashqa Adamlar

[Nəqərat]
Gəl məni dinlə
Ayırır məni səndən başqa adamlar
İllər aparır məni hər dəfə sənsiz uzaqlara
Bilməm, sağalar necə
Bilmirəm, ürəyimi dağıdan o güllə
Soldu o güllər

Gəl məni dinlə
Ayırır məni səndən başqa adamlar
İllər aparır məni hər dəfə sənsiz uzaqlara
Bilməm, sağalar necə
Bilmirəm, ürəyimi dağıdan o güllə
Soldu o güllər

[Bənd 1]
İllər mənim ahımı almış
Yaşananlar hamısı yalanmış
Qəlbimə çəkdiyin izlərin ağrısı
Məni keçmiş, boynumu aşmış

Biri yoxmuş, amma bir varmış
Yoxluğumda tənha qocalmış
Sonunda bitirdi hər nağıl eyni
Birisi gedənmiş, birisi qalanmış

Yanmış
Gedəcəyin anidən ürəyimə bir gecə danmış
Nəfəsin dağılmış, evimin üstünə dammış
Bir adam sənsiz oradaca yanmış, usanmış
Ortada qalmış

[Nəqərat]
Gəl məni dinlə
Ayırır məni səndən başqa adamlar
İllər aparır məni hər dəfə sənsiz uzaqlara
Bilməm, sağalar necə
Bilmirəm, ürəyimi dağıdan o güllə
Soldu o güllər

Gəl məni dinlə
Ayırır məni səndən başqa adamlar
İllər aparır məni hər dəfə sənsiz uzaqlara
Bilməm, sağalar necə
Bilmirəm, ürəyimi dağıdan o güllə
Soldu o güllər

[Bənd 2]
Bir dəfə getdin, bir daha gəlmə
Bir dəfə getmək elə ölməkdir, bilirəm mən
Getmək asandır, çətini yenidən evə dönmək
Çətini yenidən sənə yazmaq
Çətini yenidən səni görmək

[Nəqərat]
Dinlə
Ayırır məni səndən başqa adamlar
İllər aparır məni hər dəfə sənsiz uzaqlara
Bilməm, sağalar necə
Bilmirəm, ürəyimi dağıdan o güllə
Soldu o güllər


About Bashqa Adamlar

Musiqi və söz:           Pranga və Ali Ashikar

Aranjiman və miks:   Dahin Malik

Visualizer:                  Elşad Hüseynov

Foto:                           Vüsal Orucov

Saç, Makiyaj:             Mesi Rekhman

Other Songs