player cover

Donerdim Evvele – Ressam , Araz Rafail

Donerdim Evvele cover

lyric Donerdim Evvele

Heç düşünmədən dönərdim əvvələ
Bir yol denən, məni gətirsin izinə
Axı sevmədik ki, biz sonunda üzülək
Bir söz yıxıb, bir söz qovuşdurar yenə

Gözlər yorulub necə
Məni boğur həsrət necə də
Sayıram sənsiz keçən hər günümü
Qarışıb yuxular necə də
Heç alışmadım sənsiz açılan sabahın xeyirə
Mənə çətin olmaz düşünürdim, bəlkə də ən çətin oldu mənə
Çoxdur bəhanələrim, mən də mükəmməl deyiləm ki
Yandırıb körpüləri, axı əlimizdən nə gəlir ki?
İnsan itirər, sonra sinəsinə elə dağ çəkilər ki
Heç gözləmədən gecə həsrət elə bir film çəkəcək ki

Bu dəfə uşaq kimi uçuşaq
Sevginin saf səssizliyinə
Hamıdan uzaq, yenə də susaq
Dalaq həyatın vecsizliyinə

Eləcə susaq, eləcə susaq
Sevginin saf səssizliyinə
Hamıdan uzaq, yenə də susaq
Dalaq həyatın vecsizliyinə

Heç düşünmədən dönərdim əvvələ
Bir yol denən, məni gətirsin izinə
Axı sevmədik ki, biz sonunda üzülək
Bir söz yıxıb, bir söz qovuşdurar yenə

Heç düşünmədən dönərdim əvvələ
Bir yol denən, məni gətirsin izinə
Axı sevmədik ki, biz sonunda üzülək
Bir söz yıxıb, bir söz qovuşdurar yenə

Rəssam & Araz Rafail - Dönərdim Əvvələ. (C) 2026 BEAT Music
Bütün hüquqlar BEAT Music leyblı tərəfindən qorunur.

About Donerdim Evvele

Musiqi/Sözlər: Rəssam, Araz Rafail

Aranjiman: haix.wav

Səs uzlaşması: Rəssam

Tar: Atabəy İsmayılov

Leybl menecer: Amal Əlili

Musiqi leyblı: BEAT Music

Video: Elbin Əzizli

Dron: Seyidmusa Süleymanov

Other Songs