lyric Donmezem
[Giriş]
Bir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəm
Xəncər ilə yürəyimi yar, səndən dönməzəm
Ey sənəm, eşqin yolunda qamətintək doğruyam
Çəksələr Mənsurləyin bər-dar, səndən dönməzəm
Səndən dönməzəm
Səndən dönməzəm
Səndən dönməzəm
[Bənd 1]
Müshəfi-hüsnün həqiçün, ey dilaramım mənim
Ancaq kim, bu təndə canım var, səndən dönməzəm
Gər Zəkəryatək məni başdan ayağa yaralar
Başıma ərrə qoya nəccar, səndən dönməzəm
Səndən dönməzəm
[Nəqərat]
İsamısan, Musamısan?!
Ya Yusifi-Kənanmısan?
Vallah ki, canım canısan
Mən səndən üz döndərmənəm
Səndən üz döndərmənəm
[Bənd 2]
Leyliyi-şeyda idim seydinə düşdüm, ey nigar
Yanaram Məcnun kimi mən zar, səndən dönməzəm
Rindi-rüsvayəm, başımda vardır sevdayi-eşq
Namü nəngi qoymuşam, həm ar, səndən dönməzəm
[Nəqərat]
Ey Nəsimi, aşiqmisən?
Öz yoluna sadiqmisən?
Közərməyə layiqmisən?
Mən səndən üz döndərmənəm
Döndərmərəm