player cover

Gelim Gorum Seni – Ressam , Nihad

Gelim Gorum Seni cover

lyric Gelim Gorum Seni

Səndən heç nə istəməm
Mənə varlığın yetər
Lazım deyil səbəb ki
Gəlim, görüm səni

Sənsiz bir gün istəməm
Yanımda olsan yetər
Lazım deyil səbəb ki
Gəlim, görüm səni

Sənə gələn yolda ətirli gülləri dərmişəm
Üzündə sevinc görəcəm deyə etmişəm
Bu gün vaxtından tez işimi bitirmişəm
Ki, gəlim, görüm səni

Bu gün sənə görə biraz özəl geyinmişəm
Sən sevdiyin ətri boynuma çəkmişəm
Bütün işlərimi kənara qoyub gəlmişəm
Ki, gəlim, görüm səni

Sənə sevgim, hissim dərin
Gözlərin sürməli, zərli
Edir dəli, mənim kimi, kobud biri
Sənə aşiq, bu nə tilsim, gücüm zəif
Verir əmri, qəlbimə ki
Gəlim, görüm səni

Yayı sevməzdim mən, sənə görə sevdim
Dənizdə gecə gəzintisini sənə görə sevdim
Sənin uğrunda yaşamağa elə bir həvəs gəlib ki
Gəlim, görüm səni

Səndən heç nə istəməm
Mənə varlığın yetər
Lazım deyil səbəb ki
Gəlim, görüm səni

Sənsiz bir gün istəməm
Yanımda olsan yetər
Lazım deyil səbəb ki
Gəlim, görüm səni


About Gelim Gorum Seni

Musiqi: Elvin Həsənov (Rəssam)

Sözlər: Elvin Həsənov (Rəssam), Nihad Həsənli

Səs uzlaşması: Elvin Həsənov (Rəssam)

Leybl menecer: Amal Əlili

Musiqi leyblı: BEAT Music

 

Other Songs