lyric Oglum
Gözlərimin işığı bu,
Evimin yaraşığı bu,
Mənim balam oğul balam
Ömrümün həvəsidir,
Ürəyimin səsidir bu,
Mənim balam oğul balam
*
Atasının özüdür bu,
Anasının gözüdür bu,
Mənim balam oğul balam
Sanki hər birimizin
Həyatının özüdür bu,
Mənim balam oğul balam
Nəqarət:
Can, can, candır bu,
Gör necə oğlandır bu.
Bal, bal, baldır bu,
Bir igid oğlandır bu.
Özünə heyranam,
Üzündən doymaram,
Bol-bol qucaqlaram,
Mənim balam