player cover

Salam – Ressam , Nihad

Salam cover

lyric Salam

Bəzən çəkinirəm hissləri etiraf etməyə
Bəzən gərək yoxdur hər şeyi götür-qoy etməyə
Bəzən başlanğıclar təsadüflə başlayır
Sən saydığını say, gör fələk nə sayır

Yoxsa sənin də fikrin məndədir
Yoxsa sənin də gözün məndədir
Bəlkə sənin də ağlında mənəm
Fərqi yoxdur onsuz mənimsən

Yoxsa sənin də fikrin məndədir
Yoxsa sənin də gözün məndədir
Bəlkə sənin də ağlında mənəm
Fərqi yoxdur onsuz mənimsən

Salam, salam
Necə gözəlsən
Pərt olacam əlini çəksən
Səndə nəsə var, mənə özəlsən
Çox rahatsan, həm də tərssən
Rəqs edərmisən? Edərsən
Seçimin yox, mənlə təkcə
Xas deyil mənə belə şeylər
Belə yerlər və belə sözlər

Musiqi bizim olsun, gəl səninlə rəqs edək
Sən məncə çox fərqlisən, elə mənim kimi birisən
Gözlərimə baxanda həyəcandan nəfəsim daralır
Səni tanımaq xoş oldu mənə, sonrası da maraqlı

Bəzən çəkinirəm hissləri etiraf etməyə
Bəzən gərək yoxdur hər şeyi götür-qoy etməyə
Bəzən başlanğıclar təsadüflə başlayır
Sən saydığını say, gör fələk nə sayır

Yoxsa sənin də fikrin məndədir
Yoxsa sənin də gözün məndədir
Bəlkə sənin də ağlında mənəm
Fərqi yoxdur onsuz mənimsən

Yoxsa sənin də fikrin məndədir
Yoxsa sənin də gözün məndədir
Bəlkə sənin də ağlında mənəm
Fərqi yoxdur onsuz mənimsən

About Salam

Musiqi: Elvin Həsənov (Rəssam)

Sözlər: Elvin Həsənov (Rəssam), Nihad Həsənli

Səs uzlaşması: Elvin Həsənov (Rəssam)

Leybl menecer: Amal Əlili

Musiqi leyblı: BEAT Music

Other Songs