player cover

Sen – Ressam

Sen cover

lyric Sen

Kürəyini mənə möhkəm söykə
Hər çətində mənə güvənən oldun sən təkcə
Qəzəbimə sevgi cavabı verən o hüzursan sən
Bilməzdim ki, tanrıdan gələn paysan sən
Ayağına düzəcəm qələbəmi mən
Görəcəksən sən

Qanımda axan, ürəkdə atan eşqsən sən
Günəşlə açan, ümidlə bitən günsən sən
Bilməzdim ki, tanrıdan gələn paysan sən
Görəcəksən sən

Min söz desəm, əvəz edə bilməz
Adiləşməz və təsiri getməz
Minlərlə ulduz səmada
İki gözlərindəki işıq etməz
Qəlbimdəki izin dəyişməz
Kimsə gəlib yerini ala bilməz
Nə qədər varam yanında
Heç kim saçının telinə dəyə bilməz

Mənim yüksəlişim, düzənim
Həyatın uğurundakı tək seçimimsən
Sabahın təqvimində hər gün
Yanımda olacaq adamım sənsən
Bilirəm güvənirsən, əzizim
Qucağıma möhkəm sarıla bilirsən
Ən çətin günümdə yanımdaydın
Hər şeyin gözəlinə layiqsən

Kürəyini mənə möhkəm söykə
Hər çətində mənə güvənən oldun sən təkcə
Qəzəbimə sevgi cavabı verən o hüzursan sən
Bilməzdim ki, tanrıdan gələn paysan sən
Ayağına düzəcəm qələbəmi mən
Görəcəksən sən

Qanımda axan, ürəkdə atan eşqsən sən
Günəşlə açan, ümidlə bitən günsən sən
Bilməzdim ki, tanrıdan gələn paysan sən
Görəcəksən sən


About Sen

Söz/Musiqi: Elvin Həsənov (Rəssam)

Aranjiman: Riyad Məmmədov (haix.wav)

Gitara: Elçin Elşad

Tar: Atabəy İsmayılov

Səs uzlaşması: Elvin Həsənov (Rəssam)

Leybl menecer: Amal Əlili

Musiqi leyblı: BEAT Music

 

Other Songs