lyric Son Perde
Bitdi nağıl sevgim, indi nağıllar acı gerçəkdi
Sən ki çıxıb getdin, ruhumu göy cismimi yer çəkdi
Həsr olunur sənsiz, təkliyə tənhlığa hər bəstəm
Məhkumam illərdi, amma xəyalən daha sərbəstəm
Mən düşünürdüm ki sən əbədi qəlbimə sakinsən
Getdin həyatımdan yoxluğa birdən-birə lakin sən
Gəl qayıdaq birdə, gəl qayıdaq keçmişə birlikdə
Yoxsa yoruldum mən, gəl məni qurtar bu əsirlikdən
Kabusa çevrildi, yıxdı o gündən məni sənsizlik
Əvvəl inamsızlıq, şübhələr ardınca güvənsizlik
Sonra nə baş verdi dözmədi qəlbim bu qədər dərdə
Sonra da ayrıldıq çökdü bizim səhnəyə son pərdə