player cover

Unutqanin Mahnisi – PRoMete

Unutqanin Mahnisi cover

lyric Unutqanin Mahnisi

[Giriş]
Varlığın yazdırır
Olmasan, heçəm mən
Sənsiz bu gündüzlər
Fərqlənməz gecədən

[Bənd 1]
Ola bilər ki, deməyim nəyisə, pozma o anda səssizliyi
Anlamağa çalış, sözlər aciz, getmə, rəva bilmə sənsizliyi
Ola bilər ki, unudum nəyisə, günahı da məndə yox, özündə tap sən
Ağlımı başımdan alan gözəlliyin var, güzgüyə bax, güzgüyə bax sən

[Keçid]
Ağlımı itirirəm gözlərdə
İçimdə kollaps sözlərlə
Söz deyə bilərəm yüzlərlə
Dil səsləndirmir bir kəlmə

Ətrində itdi dərdlərim
İstədim, amma deyə bilmədim
Nəğmətək səsini dinlədim
Və bu mahnını yazmaq istədim

Ağlımı itirirəm gözlərdə
İçimdə kollaps sözlərlə
Söz deyə bilərəm yüzlərlə
Dil səsləndirmir bir kəlmə

Ətrində itdi dərdlərim
İstədim, amma deyə bilmədim
Nəğmətək səsini dinlədim
Və bu mahnını yazmaq istədim

[Nəqərat]
Varlığın yazdırır
Olmasan, heçəm mən
Sənsiz bu gündüzlər
Fərqlənməz gecədən

[Bənd 2]
Ola bilər ki, bundan sonra, məni daha heç vaxt qınamazsan
Uzanar yolumuz bir neçə il də, yaddaşla, diqqətlə məni sınamazsan
Ya da bu mübahisələr keçər davaya və mənim buna ürəyim üzülər
Bunları dəqiq bilməsəm də, bilirəm sənsiz mənə çətin dözələr

[Keçid]
Həzz ala bilirəm bizdən mən
İstərdim hər kəsdən gizlənmək
Dəliyə də bənzəsəm bəzən mən
Adam oluram səninlə təzədən mən

Ətrində itər dərdlərim
İstədim, amma deyə bilmədim
Nəğmətək səsini dinlədim
Və bu mahnını yazmaq istədim

Həzz ala bilirəm bizdən mən
İstərdim hər kəsdən gizlənmək
Dəliyə də bənzəsəm bəzən mən
Adam oluram səninlə təzədən mən

Ətrində itdi dərdlərim
İstədim, amma deyə bilmədim
Nəğmətək səsini dinlədim
Və bu mahnını yazmaq istədim

[Nəqərat]
Varlığın yazdırır
Olmasan, heçəm mən
Sənsiz bu gündüzlər
Fərqlənməz gecədən

Varlığın yazdırır
Olmasan, heçəm mən
Sənsiz bu gündüzlər
Fərqlənməz gecədən

Varlığın yazdırır
Olmasan, heçəm mən
Sənsiz bu gündüzlər
Fərqlənməz gecədən

[Keçid]
Gec qala bilirəm bəzən mən
Bu qüsur deyil, dalğınlıqdır
Çox dala bilirəm bəzən mən
Bu şairanə yorğunluqdur

Dost ola bilirəm hərflərlə
Sadəcə yanımda ol, bəsdir
Bu eşitdiyin sözlər deyil
Hər biri ayrıca bir hissdir

[Nəqərat]
Varlığın yazdırır
Olmasan, heçəm mən
Sənsiz bu gündüzlər
Fərqlənməz gecədən

About Unutqanin Mahnisi

Musiqi:         MantraBeats

Söz:              PRoMete

Miksinq:       Adil Nəcəfov

Masterinq:   Givi Usenaşvili

Dizayn:         lebagh

Other Songs