lyric Uzaq Ol Menden
Bənd 1
Mən çıxıb gedirəm sənin dünyandan
Bu dünya başına yıxılar sənin
Qəlbimi sıxmısan elə gün gələr
Ürəyin ömürlük sıxılar sənin
Mən çıxıb gedirəm sənin dünyandan
Bu dünya başına yıxılar sənin
Qəlbimi sıxmısan elə gün gələr
Ürəyin ömürlük sıxılar sənin
Nəqarət:
Elə sındırdın ki, bu ürəyimi
Barışmaz küsübdür ömürlük səndən
Çalışma bir daha qayıtmaq üçün
Mən səndən uzağam uzaq ol məndən
Gəzmə küçələri sən ilmə-ilmə
Sökülmüş qəlbimi hörə bilməzsən
Qəlbim elə sınıb səndən inan ki,
Bir daha üzümü görə bilməzsən
Qəlbim elə sınıb səndən inan ki,
Bir daha üzümü görə bilməzsən
Bənd 2
Mən çıxıb gedirəm sənin dünyandan
Ötəri hiss kimi, yad nəfəs kimi
Getsəmdə səsimi eşidəcəksən
Hər yerdə,hər yanda tanış səs kimi
Mən çıxıb gedirəm sənin dünyandan
Ötəri hiss kimi, yad nəfəs kimi
Getsəmdə səsimi eşidəcəksən
Hər yerdə,hər yanda tanış səs kimi
Nəqarət:
Elə sındırdın ki, bu ürəyimi
Barışmaz küsübdür ömürlük səndən
Çalışma bir daha qayıtmaq üçün
Mən səndən uzağam uzaq ol məndən
Gəzmə küçələri sən ilmə-ilmə
Sökülmüş qəlbimi hörə bilməzsən
Qəlbim elə sınıb səndən inan ki,
Bir daha üzümü görə bilməzsən
Qəlbim elə sınıb səndən inan ki,
Bir daha üzümü görə bilməzsən
Qəlbim elə sınıb səndən inan ki,
Bir daha üzümü görə bilməzsən