lyric Yagishlar
Dayanmaz içimdə
Küləklər, tufanlar
Hər axşam bir günah
Yağışlar...yağışlar
Sən bir gözəl düşüncə
Ağlımda qal həmişəlik
Əgər qopsam həyatımdan
Yuxularda görüşərik.
Hislərimə bir sətir yaz
Gecələrim çox çətin
Yaralara duz gətir
Bir başqası alınmaz
Bir-birimizi axtaraq
Düşünməyə yox zaman
Bir ayrılıq, üç şəkil
Aylar çəkir unutmaq...
İkinci ömür yox
Anladım durmayanda saatlar
İçimdə ölən çox
Bağlanıb mənə açılan qanadlar
Gecə qara buludlar
Yağışlardandır xəbər
Əllərimdə bir ümid
Yenə keçəcək birtəhər