player cover

Ana – Fidan Haciyeva

Ana cover

lyric Ana

[Bənd 1]
Ana, bir sözə bir cahanı sığdırmısan sən
Bir ömrün min ömrə bərabər, anam
İncə məxluqtək doğulsan da sən
İgidtək yaşayan əziz anam

Tale küləkləri səni sovurdu
Gah sərt qayalara, gah yerə vurdu
Əyilməz qamətin, sınmaz qürurun
Məğrur duruşuna heyranam, heyranam, ana

[Nəqərat]
Oddan köynək geydin
Qəlbin köz-köz oldu, “yandım”,-demədin
Yer-göy inlədi dərdinə
Sən susdun, üsyan etmədin

O susan dilinə qurbanam, ana
Titrək səsinə heyranam, ana
Tumar çəkən əllərinə, sevgi dolu gözlərinə
Saf könlünə qurbanam mən, ana

Oddan köynək geydin
Qəlbin köz-köz oldu, “yandım”,-demədin
Yer-göy inlədi dərdinə
Sən susdun, üsyan etmədin

O susan dilinə qurbanam, ana
Titrək səsinə heyranam, ana
Tumar çəkən əllərinə, sevgi dolu gözlərinə
Saf könlünə qurbanam mən, ana

[Çıxış]
Ana, ana - mələklər qocalmaz heç vaxt 
Ana, ana - ömrümə daim işıq saç
Ana, ana - mələklər qocalmaz heç vaxt 
Ana, ana - ömrümə daim işıq saç


About Ana

Musiqi: Könül Hüseynova Söz: Aygün Kərimova

Other Songs