player cover

Ana Hesreti – Gulyanaq Memmedova

Ana Hesreti  cover

lyric Ana Hesreti

[Bənd 1]
Gizlənib hər axşam pərdə dalında
Anamın üzünü axtarıram mən
Mənə doğma olan yadlar yanında
Sözlərin düzünü
Sözlərin düzünü axtarıram mən

[Nəqərat]
Hər şeyin həddi var həsrət savayı
Axı həsrət çəkən yaşım da deyil
Ürəyimdən keçir ana laylası
Heyif ki, yatanda başımda deyil

[Bənd 2]
Hərə bir söz deyir, çaşıb qalmışam
Bilmirəm, inanım, yoxsa aldanım?
Bacımı birtəhər başa salmışam
Sənin anan mənəm
Sənin anan mənəm, ay mənim canım

[Nəqərat]
Hər şeyin həddi var həsrət savayı
Axı həsrət çəkən yaşım da deyil
Ürəyimdən keçir ana laylası
Heyif ki, yatanda başımda deyil

[Bənd 3]
Elə kövrəlmişəm, elə dolmuşam
Yağmağın gözləyən buludlar kimi
Qüssəli bir qızam, elə solmuşam
Yarpağın tez tökən
Yarpağın tez tökən palıdlar kimi

[Nəqərat]
Hər şeyin həddi var həsrət savayı
Axı həsrət çəkən yaşım da deyil
Ürəyimdən keçir ana laylası
Heyif ki, yatanda başımda deyil

[Çıxış]
Hər şeyin həddi var həsrət savayı
Axı həsrət çəkən yaşım da deyil
Ürəyimdən keçir ana laylası
Heyif ki, yatanda başımda deyil
Heyif ki, yatanda başımda deyil


About Ana Hesreti

Musiqi:        Sevinc Tofiqqızı

Söz:             Samir Əflatunoğlu

Aranjiman:  Fərahim Sadiq

Other Songs