lyric Analar Atalar Oynasin
Arzuların çin olduğu bu gündə!
Analar oynasın,atalar oynasın!
Bir arzum var balanın şad günündə
Atalar oynasın ,analar oynasın!
Öpüb öpüb heç balamdan doymaram
Əzizləyib gözərimdən qoymaram
Mən anayam,gəlib mən də oynaram
Analar oynasın ,atalar oynasın
Hər övladın evdə şirin payı var
Kim deyər ki,balasının tayı var?
Birdi,beşdi hərənin öz sayı var.
Atalar oynasın,analar oynasın!
Sevincini şirinliklə bəsləyər
Hər ağızdan xeyir-dua istəyər,
Şad günündə qohum-qardaş səsləyər,
Atalar oynasın,analar oynasın!
Fərqi yoxdu oğul olsun,qız olsun,
Əsas odur əl-ayağı düz olsun!
Çağır gəlsin bu şənlikdə saz olsun
Atalar oynasın,analar oynasın.