lyric Apar Yanina
Bu gecə danışır olub keçəndən,
Gizlicə ürək alışır pıçıltılardan.
Oxuyan yox gecəni, gözüm dikilibdir göylərə.
Mən eşidirəm səsini qaranlıqlardan.
Dünya bir də gətirər səni cahana,
Bəlkə bir gün yetirər məni yanına.
Yoxsa yuxular olacaq görüş yerimiz –
Sönməsin sevgimiz.
Apar yanına – gözümün yaşı da quruyub.
Apar yanına – ömrün hər günü məndən doyub.
Apar yanına – qurtarım sənsizlik odundan.
Apar yanına – qorxuram ki, çıxa biləm yadından.
Saçıma həsrətin izi düşəcək.
Bilirəm, səni unutmaq çətindən çətin.
Hər tərəfdə gözlərim səni axtarır,
Bilirəm, yoxsan yanımda.
Neyləyim, səni gəzirəm.