player cover

Ashiq – Ema Atapur

lyric Ashiq

Ashiq

Telefonumu yerə çırpmışam
Onun məktublarını cırmışam
Bütün qab-qaşıqları qırmışam
Amma hirsim soyumayıb

Gecə dəli kimi qışqırmışam
Baltaynan qapını sındırmışam
Onun paltarını yandırmışam
Amma hirsim hələ soyumayıb

Aşıq, sən çal ginən gördüyünü
Mənim ona necə söydüyümü
O adamnan babat küsdüyümü
Danışsın aləmə telli sazın

Aşıq, sən çal ginən gördüyünü
Mənim ona necə söydüyümü
O adamnan babat küsdüyümü
Danışsın aləmə telli sazın

Gecə-gündüz pəhriz saxlamışam
Qısa saçlarımı uzatmışam
Dostdan, tanışdan uzaqlaşmışam
Amma qədrim bilinməyib

Ona görə futbola baxmışam
Özümü Messiyə oxşatmışam
Uşaq kimi dalınca qaçmışam
Amma sonda məni peşiman edib

Aşıq, sən çal ginən gördüyünü
Mənim ona necə söydüyümü
O adamnan babat küsdüyümü
Danışsın aləmə telli sazın

Aşıq, sən çal ginən gördüyünü
Mənim ona necə söydüyümü
O adamnan babat küsdüyümü
Danışsın aləmə telli sazın

About Ashiq

Söz/Musiqi: Elnur Talıblı
Aranjiman: Elnur Talıblı
Səs uzlaşması: DeZoom
Səsyazma: DeZoom
Vokal prodüser: Elnur Talıblı

Other Songs