lyric Atacan
[Bənd 1]
Övladının üzü gülsə, sevinər
Baxışından ürək sanki isinər
Sözləriylə o insana güc verər
Dünyamızın təməlisən, atacan
Dən düşübdür saçlarının telinə
Yol tapırsan sən hamının qəlbinə
Vətənpərvər, sadiqsən millətinə
Qürur yeri, baş tacısan, atacan
[Nəqərat]
Ata kəlməsindən ürək titrəyir
Yerini atanın heç kim verməyir
Övladına xeyir-dua diləyir
Ömrün uzun olsun təki, atacan
Öz sevginlə sevməyi öyrətmisən
Əziyyətimizi sən çox çəkmisən
Ən saf, təmiz ürəyin sahibisən
Ailəmizin dayağısan, atacan
[Bənd 2]
Ehtiyacımız var sənə hər bir an
Başımızı köksünə qoyan zaman
Qoy qorusun səni uca Yaradan
Saf qəlbinə qurban olum, atacan
Saf qəlbinə qurban olum, atacan