player cover

Ayrılıq Bileti – Nesimi Memmedov

Ayrılıq Bileti   cover

lyric Ayrılıq Bileti

[Bənd 1]
Səni qatarlarla yola salmadım
Təyyarəyə minib uçmadın mənlə
Qəminin ardınca baxıb qalmadım
Taksi aparmadı səni şəhərdən

Qəminin ardınca baxıb qalmadım
Taksi aparmadı səni şəhərdən

[Nəqərat]
Mən səni itirdim yanımda ikən
Ayrılıq biletin haradan aldın?
Mən səni itirdim, nə üçün, nədən?
Sən getdin, bilmirəm, mən niyə qaldım?
Sən getdin, bilmirəm, mən niyə qaldım?

[Bənd 2]
Gəzib dolaşıram hey küçənizi
Eviniz budur bax, yaxındasan sən
Sözlərin acısı ayırdı bizi
Bu hicran yamandır hər məsafədən

Sözlərin acısı ayırdı bizi
Bu hicran yamandır hər məsafədən

[Nəqərat]
Mən səni itirdim yanımda ikən
Ayrılıq biletin haradan aldın?
Mən səni itirdim, nə üçün, nədən?
Sən getdin, bilmirəm, mən niyə qaldım?
Sən getdin, bilmirəm, mən niyə qaldım?

[Çıxış]
Sən getdin, mən niyə...
Mən niyə qaldım?
Sən getdin, mən niyə...
Mən niyə qaldım?

Sən getdin, mən niyə...
Mən niyə qaldım?
Sən getdin, mən niyə...
Mən niyə qaldım?


About Ayrılıq Bileti

Musiqi: Faiq Sücəddinov Söz: Yazıçı Anar Aranjiman: Taleh Ağayev Səs prodüser: İsmayıl Əsədov

 

Other Songs