player cover

Azarbaycanim Manim – Abbas Bagirov

lyric Azarbaycanim Manim

[Bənd 1]
Sənə sevgimiz bizim azı dünyalar qədər
Bir ovuc torpağına canımız fəda, vətən
Sən inamlı bir sabah, sən işıqlı bir səhər
Ucalan bayrağına baxırıq fərəhlə biz

[Keçid]
Ucasan, şərəflisən, vüqarlısan, qürurlusan
Sən Günəş qədər gözəl, sən Ay qədər də nurlusan
Hər daşında tarixin qədim, silinməz izləri
Ulu öndərin, ziyalı, dahiyanə sözlərin

[Nəqərat]
Yurdum, fəxrim, iftixarım
Azərbaycanım mənim!
Azad, müstəqil diyarım
Azərbaycanım mənim!

Yurdum, fəxrim, iftixarım
Azərbaycanım mənim!
Azad, müstəqil diyarım
Azərbaycanım mənim!

[Bənd 2]
Səndən ilham alırıq, doğma, mehriban vətən
Sən müqəddəs eşqimiz, sən səfalı yurdumuz
Kim dayanmaq istəyər qarşımızda, can vətən
Var cəsarət hissimiz, var müzəffər ordumuz!

About Azarbaycanim Manim

Söz: Baba Qədirli
Musiqi: Vüqar Mirzəyev
Aranjiman: Taleh Ağayev
Qarmon: Ənvər Sadıqov
Tar: Ələkbər Ələkbərov
Skripka: Ramin Həsənov
Nağara: Abbas Səfərov
Zərb alətləri: Elvin Bəşirov
Perkussiya: Bəhram Mahmudov
Klarnet: Orxan Musayev
Bekvokal: Nigar Cəlilova
Miksinq və Masterinq: TA Studio
Prodüser: ProLife Music
Rejissor: Bəhruz Qurbanlı

Other Songs