player cover

Azərbaycan – Asef Sefixanli

Azərbaycan cover

lyric Azərbaycan

Od ürəkli, od nəfəsli diyarım
Ocağına can qurban, Azərbaycan!
Əzilsən də, əyilməyən vüqarımsan
Bu çağına canım qurban, Azərbaycan!

Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban, Azərbaycan!

Hər uğurun gələcəyə bir yol açır
Hər dost elə xoş niyətin işiq saçır
Hər millətə, hər məhzəbə isti, açıq
Qucağına canım qurban, Azərbaycan!

Neçə gizli sərvət yatır qucağında
Neçə ölkə od aparır ocağından
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban, Azərbaycan!

Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban, Azərbaycan!
Ruhuma can, cismim üçün vətən olan
Torpağına canım qurban, Azərbaycan!
Torpağına canım qurban, Azərbaycan!

Transcript

About Azərbaycan

Musiqi: Emin Sabitoğlu

Söz: Sədaqət Əhmədova

Şeir: Elçin Muradov

Səs yazma Mixmastering: Elvin Salmanov

Video edit: Azər Adışov

 

Other Songs