lyric Badem
Badəm şərabla dolu,
Sinəm sualla dolu.
Nə üçün yazda açır gül,
Payız gələndə solur ?
Nə üçün bu dünyada,
Xeyir də, şər də olur,
Bir ömür şən olanda,
O biri ömür qəmli olur ?
Sərxoşam, beyni duman
Gün keçir, yaxşı yaman
Hər necə olsa zaman
Mən heç olmuram narahat.
Duyub ömrün ətirin
Bu həyat bilmə şirin
Ya da ağladır birin
Güldürür birin bu həyat
Yaşanır hər an ilk dəfə,
Doğulur insan da bir dəfə,
Səni gördüm ay ulduzdu
Gecənin yarısın dəfə.
Solan güldü yoxsa mən ?
Sən payızım oldun nədən,
Şərabı süz iç kədərdən,
Yağış dumanlı gündə sən.
Şair dedi şeiri sənə,
Sevgi boş yazdı bir kərə.
Bu həyat öyrədir mənə,
Vurulduğumu döyə-döyə.
Qəlbimə hər nə desən boş,
Ətrindən olmuşam meyxoş.
Doldur nə olar badəmi
Xatirənlə olum sərxoş.