player cover

Bextime Yaz – Servet Esed

Bextime Yaz cover

lyric Bextime Yaz

[ Bənd ]
Yaxın ol çiynimə yaslan,
Qocalım mənimlə yaşlan.
Ayırma gözünü, gözümə bax
Çıxma sözümnən, sözümə bax.

[ Bənd ]
Təklik yarıyır nəyinə?
Sevgimi geyin əyninə.
Yat yuxu gör min gecəlik
Yor məni gözlərində dincəlim.

[ Nəqarət ]
Nə olar ay Allah, o mənim əvvəlimdi,
Onu mənim sonum yaz.
Ən gözəl ilim ayım, özəl günüm, anım yaz
Sevgili olduq bitdi qurtardı.
Bu qızı bəxtimə, evimə xanım yaz

[ Bənd ]
Ömür bir masa başında,
Keçsin olaq yüz yaşında.
Bir fincan çay və baxış,
Hüzur dolu narın yağış.

[ Bənd ]
Məni bir ömür hiss elə.
Darıxsam tez səs elə.
Həyatda yarın mən olum,
Altındada imzam, qolum.

About Bextime Yaz

Söz/ Mus: Murad Zeynalabdin

Aranjiman: Kamran Səlimli

Tar: Xasay Sardar

Studio: Tar Studio

Recording: Temmi 

Motion Graphic: Orxan Babalı

İnfo Dəstək: Nicat İsmayıloğlu

PR Menecer: Nadir Kərimov

 

Other Songs