lyric Birinci Eshq
Mənim sənə baxışlarım dəyişsə,
kor eylərəm o gözləri..
Dilin bir özgədən məsəl gətirsə,
eşitmərəm o sözləri..
İnam yerim, güvən yerim səniydin,
Uman yerim, küsən yerim səniydin,
Mən indi kimdən inciyim, de kimdən inciyim?
Qürurum olmur heç mənə əngəl,
Nə vaxtsa səndən incisəm əvvəl,
Gərək özümdən inciyim, özümdən inciyim..
Nəqarət
Birinci eşq.. Qalır düyün kimi,
Həminki gün kimi,
Yadındadır hələ..
Birinci eşq..Sonuncu səhv olur,
Gülən gözün dolur,
Zaman keçir belə...