player cover

Buludlarin Ustunde – Kenan Ibrali

Buludlarin Ustunde cover

lyric Buludlarin Ustunde

[Bənd 1]
Yenə eyni gün, fərqli il
Gözlərin, baxışların sanki sehrdir
Başa düşmədim, nə sirdir
Səni tapdım, mən özümü itirdim

Şəhərin qaralıb hər yanı
Sağ-solumdakı mələklər haradadır?
Görürəm, vals oynayırlar
Başım fırlanır, başım fırlanır

[Keçid]
Biz yenə səninlə sərxoş
Şəhər qaralıb, Bakı qalıb boş
İnanma, qulaq asma onlara
Boş ver, bir mahnı qoş

[Nəqərat]
Son gecə səninlə
Əllərim əllərində
Buludların üstündə
Ulduzları saydım gözlərində

Gecə səninlə
Əllərim əllərində
Buludların üstündə
Ulduzları saydım gözlərində

[Bənd 2]
Bir ağırlıq var içimdə
Bütün günahlarım eyni ritmdə
Gəldim səmadakı səslərə
Haradasan, ey mənə yolu göstərən?

Səmanın qaralıb hər yanı
Sağ-solumdakı mələklər buradadır
Əllərindəki şərabdır?
Ya başım fırlanır, başım fırlanır

[Keçid]
Biz yenə səninlə sərxoş
Şəhər qaralıb, Bakı qalıb boş
İnanma, qulaq asma onlara
Boş ver, bir mahnı qoş

[Nəqərat]
Son gecə səninlə
Əllərim əllərində
Buludların üstündə
Ulduzları saydım gözlərində

Gecə səninlə
Əllərim əllərində
Buludların üstündə
Ulduzları saydım gözlərində

Son gecə səninlə
Əllərim əllərində
Buludların üstündə...


About Buludlarin Ustunde

Söz/Musiqi — Kənan İbrali

Aranjiman — Alterwess

Miksinq və masterinq — Alterwess

Musiqi produseri — Alterwess

Gitara — Kənan İbrali

Piano — Alterwess

Rejissor/Operator — Fahir Səmədoğlu

Rejissor asistenti — Valery

Backstage — Fərid Cəfərli

Production — Seyidbəyli Film

Fotoqraf — Fahir Səmədoğlu

Kover — Seymur Seyidbəyli

Other Songs