player cover

Buz Uşağı – Chinare Melikzade , Orkhan Zeynalli

Buz Uşağı cover

lyric Buz Uşağı

 [Bənd 1] 

Həyətimizdə soyuq hava 

Günəş düşür, amma ki pəncərədə soyuq adam 

Gözlərim çəkirdi yol, ruhum tərki-bədən, qəm 

Həmişə kimisə gözlər, nə vaxtsa tərk edilənlər 

Yaralarım çətinləşdirir yolu 

Gedirəm bir yuxarı, yüz aşağı, var səbəbi pis uşağın 

Soyuq əllər, daha soyuq ürəkli qız uşağı 

Qar adamlarının böyütmək istəmədiyi buz uşağı 

Fəsillər oynadıqca yeni günə nifrət etmək 

Səhərlər oyandıqca yanımda dərd var idi 

Dərs, bir də ibrət var idi, sən yox idin 

Adımı da sevə bilmədim heç cür onu sən qoymadıqca 

Ad günümdə boş açıqca bəs edərdi, sevgini əşya sandım 

Gündəlik sevinc vermirdi, kimsə gündəliyimə beş yazanda 

Bu gün artıq şaxta baxışlardır öz vədim 

Amma ki məktəbin həyətində yolunu çox gözlədim 

[Nəqərat] 

Qaç, yenə gizlən 

Görməsin gözlərin yaş 

Yenə gözdən 

Axmasın, istədim 

Mahnılarda, nağıllarda 

Orada varam, ağrılarda 

Səhv yenə bizdə 

Qaç, yenə gizlən 

Görməsin gözlərin yaş 

Yenə gözdən 

Axmasın, istədim 

Mahnılarda, nağıllarda 

Orada varam, ağrılarda 

Səhv yenə bizdə 

[Bənd 2] 

Bütün həyat yolunu mən, bir də tək ana 

Zərif olmaq istəyirdim 

Amma bu gün poladdan da bərk adam 

Tənhayam, sarı simlərimdə çalır sənsizlik tar-kaman 

Bu yoxluqda var xeyir, sevə bilmir ürəkdən 

Atası tərəfdən qəlbi bir dəfə sınanlar, deyib 

Bədən ruha dar geyim 

Bütün seçimlərdə sən, səhvlərimdə sən 

Bağlı gördüyüm hər qapıda elə bilirəm ki, içəridəsən 

Ağlamaq istəyəndə çiyin axtarırdım, sən yox idin 

Məni incidənləri incitməyə cəsarətim də çatmayanda 

Sən yox idin, görəsən, harada idin? 

Sən başqa evi isidəndə mən soyuq qarda idim 

Səni aparan geniş yollarda, darda idim 

Nə qədər səslədim, səs gəlmədi, naləmin imdadı idin 

De görüm, sağmı idin? 

Nə hissdir açarı olmaq əbədi qapısı bağlı evin? 

[Nəqərat] 

Qaç, yenə gizlən 

Görməsin gözlərin yaş 

Yenə gözdən 

Axmasın, istədim 

Mahnılarda, nağıllarda

 Orada varam, ağrılarda 

Səhv yenə bizdə 

Qaç, yenə gizlən 

Görməsin gözlərin yaş 

Yenə gözdən 

Axmasın, istədim 

Mahnılarda, nağıllarda 

Orada varam, ağrılarda 

Səhv yenə bizdə 

About Buz Uşağı

Prodüser: Clavis 

Miksinq və masterinq: Drek 

Rejissor: Bahruz Gurbanli 

Aktrisa: Nazi Heydərova

 

Other Songs