player cover

Cavanligim – Merdan

Cavanligim  cover

lyric Cavanligim

[Bənd 1]

 Həyatımın tacı idi 

Qaragözlü cavanlığım 

Eşq, məhəbbət acı idi 

Qaragözlü cavanlığım 

Həyatımın tacı idi 

Qaragözlü cavanlığım 

Eşq, məhəbbət acı idi 

Qaragözlü cavanlığım 

[Keçid] 

Ürək kimi döyünərdi 

Nə bir dərdi, nə bir qəmi 

Ürək kimi döyünərdi 

Nə bir dərdi, nə bir qəmi 

Çox illərə sinə gərdi 

Durdu, dözdü cavanlığım 

Çox illərə sinə gərdi 

Durdu, dözdü cavanlığım 

[Nəqərat] 

Ömrü çiçək qədər oldu, ah Sevinc oldu, kədər oldu 

Neyçün gəldi-gedər oldu, ah Kimdən küsdü cavanlığım? 

[Bənd 2] 

Arzulara adlayardı 

Qönçə kimi çatlayardı 

Gözəlləri odlayardı 

Qaynar, isti cavanlığım

Arzulara adlayardı

 Qönçə kimi çatlayardı 

Gözəlləri odlayardı

 Qaynar, isti cavanlığım 

[Keçid] 

Sevgilərin məbədi idi 

Təbiətin neməti idi 

Sevgilərin məbədi idi 

Təbiətin neməti idi 

Sanardım ki, tükənməzdir 

Əbədidir cavanlığım 

Sanardım ki, tükənməzdir 

Əbədidir cavanlığım 

[Nəqərat] 

Ömrü çiçək qədər oldu, ah 

Sevinc oldu, kədər oldu 

Neyçün gəldi-gedər oldu, ah 

Kimdən küsdü cavanlığım? 

Ömrü çiçək qədər oldu, ah 

Sevinc oldu, kədər oldu 

Neyçün gəldi-gedər oldu, ah 

Kimdən küsdü cavanlığım? 

Kimdən küsdü cavanlığım? 

Kimdən küsdü cavanlığım? 

About Cavanligim

Musiqi: Oqtay Kazımi

Söz: Cabir Novruz

Aranjiman: MARDAN

Miks və masterinq: Toufan Record

Elektro gitara: Samir Cəbiyev

Zərb alətləri: Laçın Allahverdiyev

Piano: Zaur Ali

Bas gitara: Ayberk Kınık

Rejissor: MARDAN

Operator: Mayis Ahmedov

Ssenari müəllifi: MARDAN

Montaj: Kamran Qafarov

Other Songs