lyric Charesiz
Xəyallarıma qonaq gələrkən yaşanmış anlar
İçim yanar özlərəm səni
Yağar ürəyimə gözlərimdən qəmli leysanlar
Əvvəlki tək istərəm səni
Qəlbim qanadsız bir quşdur
Nə zamandır ömrüm boşdur
Uzun illər ötsə də gözlərəm səni
Çarəsiz…
Sənlə biz, bu sevgisiz, tək kimsəsiz
Üşüdük tənhalıqdan bax hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Özümüzdən xəbərsiz
Biz çarəsiz…
Çox aciz, bu sevgisiz, tək kimsəsiz
Üşüdük tənhalıqdan bax hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Biz çarəsiz...
Yaş ötər, soyuyar keçər, ağrılar qalar arxada
Keçmişimdə gizlərəm səni
Bir birimizin olmasaq da fani dünyada
Göylərdən səslərəm səni
Sınmış duyğular daha coşmur
Nə zamandır ömrüm boşdur
Uzun illər ötsə də gözlərəm səni