lyric Daglara chan Dushanda
Daglara chan Dushanda
[Bənd 1]
Dağlara çən düşəndə, sünbülə dən düşəndə,
Ruhum bədəndən oynar bala, yadıma sən düşəndə.
[Nəqarət]
Gecələr ay gecələr, ay batar ay gecələr.
Səni görən gözlərim bala, nə yatar nə dincələr.
Yarı görən gözlərim bala, nə yatar nə dincələr.
[Bənd 2]
Səyyada bax səyyada, torun qurub qayada,
Toruna tərlan düşüb bala, kimsəsi yox oyada.
[Nəqarət]
Gecələr ay gecələr, ay batar ay gecələr.
Yarı görən gözlərim bala, nə yatar nə dincələr.