player cover

Delidir – Payam Turk , Mahni , Ateshbar

Delidir cover

lyric Delidir

Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir,
Eşq olan yerdə bütün aqilü-dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zindanə
Qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir.

Eşq zəncirinin iftadəsi bir mən deyiləm,
Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir.

Sarılır çiyninə, gah boynuna, gah qamətinə,
Əjdahalar kimi ol zülfi-çəlipa dəlidir.

Bir vəfasız gül üçün naləsi dünyanı tutub,
Aşiqin qəlbi kimi bülbüli şeyda دəlidir.

Bircə Şirin ilə Fərhadə məzəmmət yoxdur,
Vadiyi-eşqdə Vamiq dəli, Əzra دəlidir.

Əl götürməz bu qara gözlülərin zülfündən,
Hər yetən zənn eləyər Vahidi guya دəlidir.

About Delidir

Composer / Bəstəkar: Payam Turk

Arrange: Atashbar

Mixing & Mastering: Farjad Taghavi

Lyrics / Söz: Ali Ağa Vahid

Other Songs