player cover

Delixanadan Mektub – Elchin Huseynov

lyric Delixanadan Mektub

Delixanadan Mektub

[Bənd 1]
Bilirsənmi, vurulmaq
Burada günah sayılmır
Dəlilərin çiynində
Günahları yazılmır

Bircə səni görməkdir
İndi ən böyük dərdim
Elə darıxmışam ki
Gəlsən, səni görərdim

[Keçid]
Burada hər yer zəncirdir
Bağla, yatsın həsrətin
Gəl birlikdə çıxardaq
Dəliliyin ləzzətin

[Nəqərat]
Salam, mənim sevgilim
İndi saat gecədir
Bilirsən, mən dəliyəm
Sənin ağlın necədir?

Salam, mənim sevgilim
İndi saat gecədir
Bilirsən, mən dəliyəm
Sənin ağlın necədir?

[Bənd 2]
Elə rahat gəzirəm
Saçlarım darmadağın
Siqaret tüstüsündən
Sapsarıdır barmağım

Səhv danışsam, bağışla
Ağlamağa hazıram
Axı dəli olmuşam
Bilmirəm, nə yazıram

[Keçid]
Burada hər yer zəncirdir
Bağla, yatsın həsrətin
Gəl birlikdə çıxardaq
Dəliliyin ləzzətin

[Nəqərat]
Salam, mənim sevgilim
İndi saat gecədir
Bilirsən, mən dəliyəm
Sənin ağlın necədir?

Salam, mənim sevgilim
İndi saat gecədir
Bilirsən, mən dəliyəm
Sənin ağlın necədir?

Salam, mənim əzizim
İndi saat gecədir
Bilirsən, mən dəliyəm
Sənin halın necədir?

Salam, mənim əzizim
İndi saat gecədir
Bilirsən, mən dəliyəm
Sənin ağlın necədir?

About Delixanadan Mektub

Musiqi: Mir Şahin Ağalarov
Söz: Qismət Məsim
Aranjiman: Teymur Şahmarov
Miks və masterinq: Teymur Şahmarov
Gitaralar və alt yapım: Türkiyə
Klarnet: Orxan Musayev
Musiqi rəhbəri: NiEl Orkestr

Other Songs