player cover

Deprem – Ferqane Qasimova , Alim Qasimov

Deprem  cover

lyric Deprem

Eşidincə ata yurdda depremi,
Axdı yaşım, döndü başım, Türkiyə.
Hər dərdimin, kədərimin ortağı
Can qardaşım, can qardaşım, Türkiyə.

Varmı qəza, varmı bəla, de, bunca?
Səninləyik biz ki ömür boyunca.
Kədərini biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə.
Can qardaşım, can qardaşım, Türkiyə.

Tarix boyu bu əhdimiz pozulmaz,
Türk milləti xar olmamış, xar olmaz.
Hər bəladan türkün beli qırılmaz,
Sən ey mənim can sirdaşım, Türkiyə.

Can qardaşım, can qardaşım, Türkiyə,
Qan qardaşım, can qardaşım, Türkiyə.


About Deprem

Söz: Bəxtiyar Vahabzadə, Alim Qasımov, Fərqanə Qasımova

Musiqi: Alim Qasımov, Fərqanə Qasımova

Azanı ifa edən: Qəhhar Mövlamzadə

Aranjiman: Tural Məmmədli

Yayım: WediaCorp Azərbayca

Other Songs