lyric Dermanlar
Səni qatil tanıyır
Bu eşqi bilənlər
Ölümün imzalayır
Həyatın silənlər
Geriyə göz yaşı qaldı
Çarəsizlikdən
Kaş əlimnən də gələ
Gözümdən gələnlər
Nəq:
Heç adın bilmədiyim dərmanlar sağaltdı məni
Ya sənin baxışların,ya zənnim aldatdı məni
O qədər dəyişmişəm,tanınmazam artıq
Bir Anam öz oğluna uzaqdan oxşatdı məni
Ölümümə tələsirəm,
Saatıma baxa-baxa,
Kədərimi böyüdürəm,
Ürəyimi sıxa-sıxa
Öz adımı unuduram
Qapı-qapı düşə-düşə
Fikirimi dağıdıram
Qutu-qutu şüşə-şüşə
Nəq:
Heç adın bilmədiyim dərmanlar sağaltdı məni
Ya sənin baxışların,ya zənnim aldatdı məni
O qədər dəyişmişəm,tanınmazam artıq
Bir Anam öz oğluna uzaqdan oxşatdı məni