lyric Duygu
Duygu
Bilməzdimki bu yaşımda çağımda
Güllər açar belə könül bağımda
Dodağımda zümzüməsi sevginin
Anıların çələngi qucağımda
Ağlımda dolanırsan gündüz gecə
Məni aşlq etdin səssiz gizlicə
Düşüncələrin düsməzdi duyğumdan
Bu eşqinə düşdüm ki necə
Məni belə məndən alan olmadı
Sinəmə bu cür həyəcan dolmadı
Bir röyadı yuxudumu gördüyüm
Bu nə şirin duyğu mənadı
Sevincə səyişir hər şey təravət
Baxışların üzün gözün sür surət
Fürsət verməzdim kiməsə qəlbimi
Bacardın sən bu səndə nə məharət