player cover

Elimi Tut – Elvin Mirzezade

Elimi Tut cover

lyric Elimi Tut

 Gəlişin ilə mənim eşqimin közü yenə yandı, 

Və bir daha sönən deyil. 

Gözündən anladım səndən ayrısı yalandı, 

Gözlər yalan demir. 

Sən qal! 

Hamı gedə bilər, amma sən qal! 

Baxışların cənnətə tən yar,

Olmadığın yerlərə mən yad!

 Gəl yar! Əlimi tut! 

Gözünü yum! 

Gedək mənimlə nağıllara. 

Ən gözəl gülüm, o gözəl üzünlə, 

Gülümsə, od qoy paxıllara! 

Sənin saçların dalğalar kimi sığal çəkir sahillərimə. 

İkimiz bir olaq, bir yerdə savaşaq sevginin qatillərinə. 

Gəl! Yüz illərdən sonra yenə var olaq, 

Şeirə yazılaq, kitabda oxunaq. 

Gəl! Kinolara filmlərə rol olaq, 

Biraz ayrı qalaq, finalda qovuşaq. 

Sən qal! 

Hamı gedə bilər, amma sən qal!

 Baxışların cənnətə tən yar. 

Olmadığın yerlərə mən yad. 

Gəl yar! Əlimi tut! 

Gözünü yum! 

Gedək mənimlə nağıllara. 

Ən gözəl gülüm, o gözəl üzünlə, 

Gülümsə, od qoy paxıllara! 

Əlimi tut! 

Gözünü yum!

 Gedək mənimlə nağıllara. 

Ən gözəl gülüm, o gözəl üzünlə, 

Gülümsə, od qoy paxıllara!

About Elimi Tut

Söz-Mus: Tural Emin

Aranjıman: Elmin Təhməz

Rejissor: İkrom Ali

Cast: Sevara Mansurova

Pr Manager : mamedbp_group

Other Songs