player cover

En Gozel Qadinlar – Xatun

En Gozel Qadinlar  cover

lyric En Gozel Qadinlar

Ən gözəl qadınlar gündüzlər gülüb,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən mərhum,
Ən gözəl qadınlar tənha olurmuş.

Taleyi əzəldən qara gətirir,
Ömrünün cavanlıq çağını itirir.
Həyatın ən gözəl bahar çağında,
Qəlbində qəm əkir, kədər bitirir.

Ən gözəl qadınlar ən gözəl sevər,
Amma ki, sevilməz sevdiyi qədər.
Xəyanət sızladar qəlbin,
Bu nə cür yazıdı, bu nə cür qədər?!

Ən gözəl tanrı qısqanar,
Ən gözəl qadını tanrı sevməzmiş.
Ən gözəl qadına sahib olan kəs,
Heyif ki, qədrini bilməzmiş.

Ən gözəl qadınlar gündüzlər gülüb,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən mərhum,
Ən gözəl qadınlar tənha olurmuş.

About En Gozel Qadinlar

Söz: Rzayev Kənan

Musiqi: Həsənov Ruslan

Aranjeman: Vəliyev Anar

Other Songs