player cover

Ere Verim – Kemale Qaramollayeva , Metanet Isgenderli

lyric Ere Verim

Ere Verim

[Bənd 1]
Ay qızım, səni müəllimə verim
Yox, anam mənim, yox, yox
Qızım, səni müəllimə verim
Yox, anam mənim, yox, yox

Müəllim deyər dərsini
Məndən çıxar hirsini
Yox, anam mənim, yox, yox

Müəllim deyər dərsini
Bizdən çıxar hirsini
Sən deyən olsun, yox, yox

[Bənd 2]
Ay qızım, səni alimə verim
Yox, anam mənim, yox, yox
Qızım, səni alimə verim
Yox, anam mənim, yox, yox

Alim verər ömrün bada
Məni salmaz heç yada
Yox, anam mənim, yox, yox

Alim verər ömrün bada
Səni salmaz heç yada
Sən deyən olsun, yox, yox

[Bənd 3]
Ay qızım, səni doktora verim
Yox, anam mənim, yox, yox
Qızım, səni doktora verim
Yox, anam mənim, yox, yox

Doktor verər yalnız ilac
Etməz mənə bir əlac
Yox, anam mənim, yox, yox

Doktor verər yalnız ilac
Sənə etməz bir əlac
Sən deyən olsun, yox, yox

[Bənd 4]
Ay qızım, səni artistə verim
Yox, anam mənim, yox, yox
Qızım, səni artistə verim
Yox, anam mənim, yox, yox

Artist görər maaşını
Silər gözün yaşını
Yox, anam mənim, yox, yox

Artist görər maaşını
Silər gözün yaşını
Nə qədər olar, yox, yox

[Bənd 5]
Ay qızım, səni tacirə verim
Ver, anam mənim, ver, ver
Qızım, səni tacirə verim
Ver, anam mənim, ver, ver

Tacir pula pul deməz
Nə istəsəm, əsirgəməz
Ver, anam mənim, ver, ver

Tacir pula pul deməz
Nə istəsən, əsirgəməz
Verdim səni mən, get, get
Verdim səni mən, get, get

About Ere Verim

Musiqi: Xalq mahnısı
Söz: Emin Hacıyev
Aranjiman: Faiq Ələkbərov
Miks və masterinq: Vüsal Ömərov
Rejissor/Operator: Xəyal Murtuzov
Montaj: Elgün Əzimov
Stilist: Bahar Xatun
Məkan: Şamaxı

Other Songs