lyric Esger Mektubu
''Esger Mektubu'' Sözləri;
Bacısı əmanət elyib vətəni qardaşına...
Qoru əsgərmi xuda keç anamın göz yaşına..
Ata öz həsrətini sıxıb bağrının başına...
O bilir şərəf nədir ürəyi o eşq iylə yanar
Nəqarət
Yarı səngərdə olan, yuxularını qarışdırar
Gözü yollarda qalar, şəkillərini danışdırar
Gizli-gizli ağlayar, üzdə məğrur dayanar
Balası əsgər olan, dönüş xəbərni gözləyər
Hər ötənnən soruşar,yolların üstdə izləyər
Gecə dua eləyər,sübhü ümidlə oyanar
Əsgər öz məktubunu qoub yazır dizlərinə...
Əlinin əsməsi misrada axır sözlərinə...
Ana can ağlama çox qurban olum gözlərinə..
Görüb acizliyini atam qardaşım utanar..