lyric Eshq
De bu eşqin əzabın, Necə qıydın mənə sən?
İstəyərdim keçəsən, Xəyalımdan yenə sən
Düşmənin etmədiyin, Elədin aşiqinə
Bunu heç vaxt eləməz sevən öz sevdiyinə
Səni sevgili yar, belə bilməzdim inan
Məni öldürdün, bu Eşq amma ölməzdi inan
Düşünürsən günahım, yox mənim zərrə qədər
Dərdim olmazdı inan, məni sevsəydin əgər
Məndə axtarma günah, özündə tap günahı
Gözdür birinci sevən gözündə tap günahı.